Suallar
Ümumi
Öz fotoqrafımla gələ bilərəmmi?
Bəli. Zalı saatlıq icarəyə götürürsünüz, işıq avadanlığı və qrim otağı daxildir.
Şəkillər nə vaxt hazır olur?
Bütün kadrlar eyni gün onlayn qalereyaya yüklənir. Seçdiyiniz şəkillər 48 saat ərzində retuşlanıb göndərilir.
Nə geyinmək lazımdır?
Rezervasiyadan sonra zal və çəkiliş növünə görə qısa tövsiyə göndəririk. Hamiləlik çəkilişi üçün geyimlər studiyada var.
Rezervasiyanı ləğv etmək olarmı?
24 saat əvvəl xəbər versəniz, pulsuz ləğv olunur və ya başqa günə keçirilir.
Sənəd şəkli üçün yazılmaq lazımdır?
Xeyr, iş saatlarında birbaşa gələ bilərsiniz. Şəkillər on dəqiqəyə hazır olur.
Ödəniş
Ödəniş necə aparılır?
Rezervasiya üçün 30% beh, qalan məbləğ çəkiliş günü. Nağd və kartla ödəniş qəbul olunur.